İsrail yaxın günlərdə İrana hücum edə bilərbackend

İsrail yaxın günlərdə İrana hücum edə bilər, lakin hədəflərlə bağlı qərar hələ verilməyib.

Bu barədə “Washinton Post” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

“İsrail rəsmilərinin bildirdiyinə görə, İranda hücumun hədəfləri ilə bağlı yekun qərar hələ verilməyib, lakin yaxın günlərdə hücum gözlənilir”, – nəşr yazır.

ABŞ rəsmiləri WP-yə bildiriblər ki, ABŞ prezidenti Co Bayden və vitse-prezident Kamala Harris Yaxın Şərqdə alovlanan münaqişənin prezidentlik yarışının son həftələrində sakitləşə biləcəyinə ümid edirdilər, lakin İsrailin yeni hərbi hücumları bunu demək olar ki, mümkünsüz edir.