Arxeoloqlar İsraildə dəniz yaxınlığındakı bir mağarada dörd Roma qılıncı və 1900 il əvvələ aid pilum kimi tanınan oxlu silah tapıblar. CNN-in İsrail Qədim Əşyalar İdarəsinin açıqlamasına istinadən verdiyi məlumata görə, tapıntı En Gedi Təbiət Qoruğunda edilib. Burada taxta və dəri qınında mühafizə olunan nadir silah anbarı tapılıb.
New Research on the Archeology of Judean Desert: A Collection of Papers jurnalında dərc olunmuş tədqiqat məqaləsinin müəlliflərinə görə, silahlar, ehtimal ki, yəhudi üsyançıları tərəfindən Roma ordusundan götürülmüş müharibə qənimətləri idi.
Əvvəlcə bir pilum və işlənmiş ağac parçaları tapıldı ki, bunun da qın olduğu ortaya çıxdı. Onlar təsadüfən qayalarda təcrid olunmuş və əlçatmaz bir mağarada aşkar ediliblər. Kəşf stalaktit üzərində parçalanmış mürəkkəb yazısını tədqiq edən arxeoloqlar tərəfindən edilib.
Mənbə: A Habar














