İsrailin müdafiə naziri HƏMAS-ı məhv etmək və girovları azad etmək niyyətində olduğunu açıqlayıbbackend

İsrailin müdafiə naziri Yoav Qalant Fələstinin HƏMAS hərəkatının tamamilə məhv edilməsi və Qəzza zolağındakı bütün girovların qaytarılmasının vacibliyini açıqlayıb. Bu barədə “Times of Israel” məlumat yayıb.

Qalant Tel-Əviv yaxınlığındakı Palmachim aviabazasına səfəri zamanı vurğulayıb ki, İsrail hakimiyyəti hazırda iki vəzifə üzərində işləyir – HƏMAS-ın məhv edilməsi və girovların qaytarılması. Nazir qeyd edib ki, hər iki məqsədə nail olmaq əzmindədir.

Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbəri etiraf edib ki, bu məqsədlərə nail olmaq daha uzun çəkə bilər. Onun sözlərinə görə, nə qədər lazımdırsa, o qədər vaxt aparacaq.

Mənbə: TASS