İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 17 nəfər həlak olubbackend

İsrail ordusunun Qəzza zolağına atəş açması nəticəsində 17 fələstinli həlak olub. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb.

Bildirilir ki, İsrail ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin mərkəzini də atəşə tutur. Orada da yaralılar və ölənlər var, lakin onların sayı dəqiqləşdirilməyib.

Bundan əvvəl İsrail təyyarələrinin Qəzza zolağının şimalına endirdiyi zərbələr nəticəsində azı 28 Fələstin vətəndaşının öldüyü, onlarla insanın yaralandığı bildirilirdi. Həmçinin qeyd edilir ki, İsrail-Fələstin münaqişəsi başlayandan indiyədək 35,3 mindən çox insan həlak olub, 79,3 mindən çox Fələstin vətəndaşı yaralanıb.

Mənbə: A Haber