İsrailin xarici işlər naziri Gideon Saar rəsmi səfərlə Kiyevə gəlib.
Bu barədə “The Times of Israel” məlumat yayıb.
İsrail diplomatik departamentinin rəhbərinin səfəri iyulun 23-dək davam edəcək.
Onun Ukrayna prezidenti Vladimir Zelenski, Ukraynanın xarici işlər naziri Andriy Sıbiha, Ukrayna parlamentinin sədr müavini və yerli yəhudi icmasının nümayəndələri ilə görüşü gözlənilir.