İsraillə İran arasında münaqişənin 2026-cı ildə davam edə biləcəyi məlum olubbackend

2026-cı ildə İsrail və İran arasında yenidən silahlı münaqişənin baş verməsi ehtimalı yüksəkdir, bu barədə İMEMO RAS-ın hesabatı xəbər verir.

Hesabatda deyilir: “İsrail və İran arasında hərbi əməliyyatların yeni raundunun, eləcə də İsrailin Livan, Suriya və Yəməndə yeni zərbələr endirməsi ehtimalı yüksəkdir”.

Müəlliflərin fikrincə, Tehran öz müdafiə qabiliyyətini artırmağa və Yaxın Şərqdəki müttəfiqlərini dəstəkləməyə davam edəcək. İran strateji aktivlərini qorumaq üçün ənənəvi və hava hücumundan müdafiə imkanlarını gücləndirməklə xarici təhlükələrin qarşısını almaq niyyətindədir.

Qeyd olunur ki, İsrailin baş naziri Binyamin Netanyahu hökuməti də ABŞ prezidenti Donald Tramp administrasiyasının mövqeyinə məhəl qoymur, yenidən qabaqlayıcı zərbələr endirməyə tam hazır olduğunu nümayiş etdirir.