İsrailli casus proqram tərtibatçısı WhatsApp istifadəçilərini sındırmağa cəhd edibbackend

“WhatsApp” messencerinin nümayəndələri bildiriblər ki, “NSO Group Technologies”in israilli “Paragon Solutions” casus proqram tərtibatçısı 2024-cü ilin sonunda jurnalistlər də daxil olmaqla 90 nəfərin hesablarını sındırmağa cəhd edib.

Bu barədə Bloomberg məlumat yayıb.

“WhatsApp dedi ki, hakerlər öz qurbanlarını WhatsApp qrupuna dəvət edib və sonra onlara cihazlarını sındırmaq üçün hazırlanmış zərərli PDF faylı göndəriblər”, – məqalədə deyilir.

Messencerin nümayəndələrinin sözlərinə görə, haker cəhdinin uğurlu olub-olmadığı barədə dəqiq məlumat yoxdur, lakin onlar hücuma məruz qalan hər kəsə məlumat veriblər. Qeyd olunur ki, bu cür proqram təminatı hüquq müdafiəçiləri, jurnalistlər və tənqidçilərin məlumatlarını oğurlamaq üçün istifadə olunur.