İstanbulda Rusiya bayraqlı balıqçı gəmisi yanıbbackend

İstanbulda Rusiya bayrağı altında üzən balıqçı gəmisi yanıb.

Bu barədə “Milliyet” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, yanğın şəhərin şərqindəki Tuzla rayonundakı gəmiqayırma zavodunda təmir olunan Rusiya bayrağı altında 120 metr uzunluğunda balıqçı gəmisində saat 19.00 radələrində (Moskva vaxtı ilə üst-üstə düşür) baş verib.

Qəzet yazır: “Gəminin yaşayış sahəsindəki yanğını görən işçilər vəziyyəti yanğınsöndürmə briqadasına çatdırıblar”.

Nəşr qeyd edir ki, hadisə yerinə yanğınsöndürənlər göndərilib.

Mənbə: Milliyet

İctimai.az