İstifadəçilər “Google” axtarış sistemi ilə canlı həmsöhbət kimi “ünsiyyət” qura biləcəklərbackend

Google öz axtarış sistemində danışıq süni intellektini (AI) tətbiq etmək niyyətindədir.

Bu barədə “The Wall Street Journal” qəzeti korporasiyanın baş direktoru Sundar Piçainin sözlərinə istinadən məlumat yayıb.

Piçainin qeyd etdiyi kimi, bu funksiya işə salındıqdan sonra istifadəçilər axtarış sistemi ilə sözün əsl mənasında əlaqə saxlaya, ona suallar verə və süni intellektdən cavab ala biləcəklər.

Bundan əlavə, buraxılışın ilk nəticələrini aldıqdan sonra kompüterə aydınlaşdırıcı suallar verməyə imkan verən sistem sınaqdan keçirilir. Google-un rəhbəri innovasiyaların tətbiqi vaxtını qeyd etməyib.

Mənbə: RİA Novosti

İctimai.az