İstifadəçilər müdaxilə edən Windows 11 reklamlarından şikayətləniblərbackend

Windows 10 istifadəçiləri, qurğular əməliyyat sistemini dəstəkləməsə belə, onların kompüterlərində görünən müdaxilə edən Windows 11 reklamlarından şikayətləniblər.

Bu barədə “The Verge” məlumat yayıb.

Reddit forumunun Woopinah9 ləqəbli istifadəçilərindən biri bildirib ki, onun kompüterində Microsoft-dan bildiriş peyda olub və bu bildirişdə şirkət Windows 10-dan istifadə etdiyinə görə ona təşəkkür edib və bu əməliyyat sisteminə dəstəyin tezliklə bitəcəyini xatırladıb. İstifadəçiyə Windows 11-in üstünlükləri ilə də tanış olmaq təklif olunub. Lakin onun kompüteri hətta reklamda qeyd olunan cari əməliyyat sisteminin tələblərinə cavab vermədiyi üçün o, baş verənləri istehza hesab edib.

“Kompüterinizi Windows 11-ə təkmilləşdirmək mümkün deyil, lakin dəstək 14 oktyabr 2025-ci ildə başa çatana qədər Windows 10 yamaqlarını və təhlükəsizlik yeniləmələrini almağa davam edəcək”, – bildirişdə deyilir.

Mənbə: Autotech