İstilik təminatının müddəti artırıldıbackend

“Mövcud hava şəraiti nəzərə alınmaqla soyuq günlərdə “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri işləyəcək”.

İctimai.az xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı məlumat verib.

O bildirib ki, istilik təminatı daha bir neçə gün davam edəcək.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, bu gündən “Azəristiliktəchizat” ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandırmalı idi.