Mingəçevir su anbarında çimən şəxs boğulub.
Oxu.Az-ın məlumatına görə, öz ailəsi ilə birgə istirahətə gedən Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Ramiz Kazımov su anbarında çimərkən boğularaq dünyasını dəyişib.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.