İsveç 366 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemləri almağı planlaşdırdığını açıqlayıbbackend

İsveç 366 milyon dollar dəyərində hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır.

Bu barədə Dagens Nyheter tərəfindən yayımlanan mətbuat konfransında İsveçin müdafiə naziri Poul Conson bildirib.

“Bu gün elan edə bilərik ki, biz hava hücumundan müdafiə qüvvələrimizi modernləşdirmək üçün növbəti addımı atırıq. Söhbət 3,5 milyard İsveç kronu (təxminən 366 milyon dollar) investisiyadan gedir”, – müdafiə naziri bildirib.

Conson əlavə edib ki, modernləşdirmə çərçivəsində İsveç Silahlı Qüvvələri İris-T raket sistemləri, 16 buraxılış qurğusu və səkkiz radar sistemi alacaq.