İsveçli politoloq və müstəqil tədqiqatçı Qreq Simons Lenta.ru-ya müsahibəsində ABŞ və Aİ-nin Rusiya-Ukrayna münaqişəsinin nəticələrindən məyus olacağını bildirib.
Simons hesab edir ki, ABŞ və Aİ Ukraynanın “son qələbəsindən” sonra “Rusiyanı məhv etməyə” ümid edir.
“Onların çox məyus olacağını söyləməyə ehtiyac yoxdur”, – politoloq qeyd edib.
O, prezident Co Bayden və prezidentliyə namizəd Kamala Harrisin rəhbərlik etdiyi ABŞ Demokratik Partiyasının Rusiyadan məğlubiyyətin tanınmasını noyabr ayına qədər təxirə saldığını, hərbi əməliyyatları qəsdən qarşıdan gələn prezident seçkilərinə qədər gecikdirdiyini də açıqlayıb.