İsveç höküməti Ərdoğana cavab verdibackend

Türkiyə ilə İsveç arasında NATO-ya üzvlük müzakirələri davam edərkən ifrat sağçı siyasətçi Rasmus Paludanın Quran təxribatı prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin üzvlük qapılarını sona qədər bağlaması ilə nəticələndi.

İsveçin xarici işlər naziri Tobias Billström Ərdoğanın açıqlamaları ilə bağlı açıqlama verib.

 Tobias Billström Türkiyə, İsveç və Finlandiya arasında ötən ilin iyununda imzalanmış müqaviləyə toxunaraq, ölkəsinin NATO-ya üzvlük üçün bu müqavilənin tələblərini yerinə yetirdiyini, lakin din məsələsinin müqavilədə yer almadığını bildirib.

Billström qeyd edib ki, indi bütün tərəflər sakitləşməlidir və Türkiyə ilə danışıqlar davam edəcək.

Mənbə: Haber global

İctimai.az