İsveç NATO-nun dəstəyinə görə Ərdoğana təşəkkür edibbackend

İsveç krallığın Şimali Atlantika Alyansına qoşulması ilə bağlı protokolun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasını alqışlayır.

Bu barədə İsveçin baş naziri Ulf Kristersson bildirib.

“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalamasını və Türkiyə Böyük Millət Məclisinə təqdim etməsini alqışlayırıq. Artıq parlament prosedurları başlayacaq. Biz NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, – Kristersson yazıb.

Mənbə: Haber Global