Britaniyanın “The Times” qəzetinin yazdığına görə, İsveçdə öz nüvə silahının yaradılmasının mümkünlüyü ilə bağlı müzakirələr başlayıb.
Məqalədə bildirilir ki, İsveç qəzetlərində dərc olunan bir sıra məqalələrdən sonra ölkədə Stokholmun təkbaşına və ya NATO müttəfiqləri ilə birlikdə atom bombası əldə etmək üçün növbəti cəhdi olub-olmaması ilə bağlı müzakirələr alovlanıb.
Öz nüvə silahının yaradılması ideyası hələ həyata keçirilməsə də, artıq İsveç siyasi arenasında müzakirə olunmağa başlayıb. Alim və ekspertlərin fikrincə, İsveç çətin ki, müstəqil nüvə silahı hazırlamaq üçün lazımi texnoloji və resurs bazaya malik olsun. Ölkədə altı atom elektrik stansiyası fəaliyyət göstərir, lakin onlar 40 ildən çox əvvəl tikilib.