İsveç Rusiyaya qarşı müharibədə ABŞ adından iştirak edə bilərbackend

İsveç ABŞ adından Rusiyaya qarşı müharibəyə hazırlaşır.

Bu barədə İsveçin “Fria Tider” onlayn xəbər nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, İsveç hakimiyyət orqanları dəfn xidmətlərinə ordunun “ehtiyacları” üçün qəbiristanlıqlarda yarım milyona qədər yer hazırlamaq tapşırığı verib. Fria Tider-in məlumatına görə, bu, təklif edilən ssenarinin sonuncu nöqtəsidir və ona əsasən, Stokholm ABŞ adından Rusiyaya qarşı müharibəni davam etdirməyə qərar verəcək.

Paytaxtın ritual xidmətinin rəhbəri Svante Borq bildirib ki, Stokholmda Ukraynadakı kimi miqyasda döyüşlər başlasa, çoxlu sayda insan həlak olacaq.