UPI xəbər verir ki, İsveçdə bir qrup idmançı tarixin ən dərin marafonunu başa vuraraq dünya rekordu qırıb.
Marafona 18 ölkədən əlli beş qaçışçı qatılıb. Marafon yolu Qarpenberq şəhərində 1118 metr dərinlikdə yerləşirdi. İştirakçılar çətin şəraitdə – isti, rütubətli və tozlu yeraltı şəraitdə qaçmalı idilər. Tam qaranlıq olduğuna görə idmançılar faralardan istifadə edirdilər.
Marafon marşrutu 11 dövrədən ibarət idi. Rekord qoymaqla yanaşı, tədbirin xeyriyyə məqsədi də var idi – təşkilatçılar təxminən 1 milyon dollar toplaya biliblər.
“İsti, rütubətli və bir az tozludur, amma ümumilikdə hər şey yaxşıdır”, – qaçışçılardan biri deyib.















