Diplomatın RİA Novosti agentliyinə verdiyi məlumata görə, İsveç Xarici İşlər Nazirliyi Rusiya hərbi gəmisindən “pilotsuz təyyarənin buraxılması” ilə bağlı Rusiya səfiri Sergey Belyayevə şifahi demarş (diplomatik bəyanat) göndərib.
Rusiyanın Stokholmdakı səfiri bildirib ki, “5 martda İsveç Xarici İşlər Nazirliyi Rusiya səfirinə 25 fevralda İsveç ərazi sularında olarkən Rusiya hərbi gəmisindən pilotsuz uçuş aparatının buraxılması ilə bağlı şifahi demarş göndərib”.
Diplomat əlavə edib ki, ona Rusiyanın hadisədə iştirakına dair dəlil təqdim edilməyib.















