İsveç Xarici İşlər Nazirliyi Ukraynaya sülhməramlıların göndərilməsinin müzakirəsini tez hesab edirbackend

İsveçin xarici işlər naziri Maria Malmer Stenergaard hesab edir ki, Ukraynaya Avropa sülhməramlı qüvvələrinin göndərilməsini müzakirə etmək hələ tezdir.

“RİA Novosti” xəbər verir ki, Aİ xarici işlər nazirlərinin Brüssel görüşü başlamazdan əvvəl Stenerqaard bildirib ki, Ukrayna tərəfi bu məsələni özü qaldırmalıdır.

“Düşünürəm ki, bu müzakirə hazırda bir qədər tezdir, ilk növbədə, Ukraynanın özü nə vaxt, necə və müzakirə edib-etməyəcəyinə qərar verməlidir”, o deyib.

Dekabrın 16-da Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bildirib ki, Aİ üzvü olan ölkələr Ukrayna ərazisinə sülhməramlıların göndərilməsini müzakirə etmirlər.