Dünyada ölkələrin nüvə arsenallarını azaltdığı dövr başa çatıb, indi artacaq. RBK yazır ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) analitikləri SIPRI 2025-ci il kitabının bölməsində bildiriblər.
Ekspertlərin fikrincə, yeni nüvə silahlanma yarışı ilə bağlı risklər soyuq müharibə dövründəkindən daha ciddi olacaq.
20-ci əsrdən fərqli olaraq, indi silahlanma yarışı kiberməkanda, kosmosda və okeanda ölkələrin imkanlarından asılı olacaq. Eyni zamanda, yarışın liderini müəyyən etmək daha çətin olacaq. Avropa, Yaxın Şərq və Şərqi Asiyanın bəzi ölkələrinin nüvə silahı əldə etmək istəyi fonunda nüvə dövlətləri klubunun genişlənməsi riski də var.