Swedinfo portalının məlumatına görə, son 15 ildə ilk dəfə olaraq İsveç paytaxtında “ağların üstünlüyünü” təbliğ edən ifrat sağçı qrupların iştirak etdiyi neonasist yürüşü keçirilib.
Təxminən 200 nəfər Skinhead Daniel Wredström-ün xatirəsinə “Salem marşı” adlanan aksiyaya etiraz edərək, Stokholmun mərkəzindən keçib. İştirakçılar “İsveç isveçlilər üçün”, “Yaşasın qələbə” kimi şüarlar səsləndiriblər.
İsveçin ədliyyə naziri Qunnar Strömmer deyib: “Bunlar çox vaxt radikallaşma və zorakılıq üçün platforma rolunu oynayan tamamilə iyrənc fikirlər və qruplardır.














