İsveçdə saxlanılan rusları daşıyan gəminin kapitanı dindirilibbackend

Trelleborq sahillərində saxlanılan Caffa yük daşıyan gəmisinin kapitanı İsveçdə dindirilir. Bu barədə İsveç Prokurorluğunun saytında məlumat verilib.

“Gəminin kapitanı şənbə axşamından bəri həbsdədir. Bu şəxs Rusiya vətəndaşıdır”, – deyə bəyanatda bildirilir.

Mətbuat açıqlamasında Rusiya vətəndaşının dəniz qanunlarını pozmaqda və yük daşıyan gəmidə axtarış zamanı saxta sənədlər təqdim etməkdə şübhəli bilindiyi aydınlaşdırılıb. İsveç hüquq-mühafizə orqanları həmçinin hesab edir ki, həmin şəxs dəniz təhlükəsizliyi ilə bağlı qanunları pozmuş ola bilər.

Caffa kapitanından əlavə, işdə iştirak edən bir neçə nəfər də dindirilmək üçün göndərilib. Prokurorluq hazırda Rusiya vətəndaşının həbs müddətinin uzadılması və ya azadlığa buraxılması məsələsini nəzərdən keçirir.