RİA Novosti agentliyinin verdiyi məlumata görə, İsveç Kimyəvi Maddələrə Nəzarət Agentliyinin (Kemikalieinspektionen) məlumatına görə, İsveçdə saxta Labubu kuklalarında reproduktiv sağlamlıq üçün təhlükəli kimyəvi maddə aşkar edilib.
“İsveç Kimyəvi Maddələrə Nəzarət Agentliyi saxta Labubu kuklalarında yüksək miqdarda qadağan olunmuş kimyəvi maddələr aşkar edib. Sınaqdan keçirilən 7 kukladan beşinin üzlərindəki plastikdə yüksək səviyyədə DEHP olub”, – bəyanatda deyilir.
DEHP məhsuldarlığa və dölün inkişafına mənfi təsir göstərə bilər. Onun oyuncaq istehsalında istifadəsi 1990-cı illərin sonlarından İsveçdə qadağan edilib.












