İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, iyunun 1-də Türkiyəyə səfəri zamanı bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə NATO-ya üzvlük məsələsini müzakirə edəcək.
Bu barədə “Yeni Şafak” məlumat yayıb.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara İsveçin alyansa qoşulması məsələsinin irəli sürülməsi üçün ekstradisiya edilməli olan 120 nəfərin adının siyahısını Stokholma verib. Daha sonra, mart ayında o, İsveçin siyahıda olan terrorçuları ekstradisiya etməkdən imtina etdiyini bildirib. May ayında o, Türkiyənin İsveçin NATO-ya üzv olmasına hələ hazır olmadığını vurğulayıb.
Bundan əvvəl Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylu İsveç hökumətini ölkədə keçirilən prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib.
Mənbə: Haberler.com