İsveçrə hökuməti ölkədə qalmaq və dövlət yardımı almaq hüququ verən S qoruyucu statuslu Ukraynadan olan qaçqınların inteqrasiyası ehtiyacları üçün kantonlara ayrılan maliyyəni azaltmağı düşünür.
“Tages-Anzeiger” qəzeti yazır ki, ukraynalıların məşğulluq səviyyəsinin aşağı olması səbəbindən müvafiq qərar may ayında qəbul edilə bilər.
Qeyd olunur ki, 2024-cü ilin noyabrına Ukraynalı qaçqınların əmək bazarında məşğulluq səviyyəsi 29,6% təşkil edib. Bu, İsveçrə Nazirlər Kabinetinin 2023-cü ilin noyabrında müəyyən etdiyi 40%-lik hədəfdən xeyli aşağıdır.
İsveçrə hakimiyyəti 2025-ci ilin mayında sanksiya sisteminin tətbiqi imkanını nəzərdən keçirməyi planlaşdırır. Məqalədə deyilir ki, ən pis halda bu, hədəflərə çata bilməyən kantonların dövlət dəstəyinin kəsiləcəyi anlamına gələ bilər.