İsveçrə parlamenti Rusiyaya qarşı sanksiyaların ləğvini müzakirə edibbackend

İsveçrə Parlamentində Rusiyaya qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı müzakirələr Yaxın Şərqdəki münaqişə ilə bağlı Avropada dərinləşən böhran fonunda güclənib.

Bu barədə İsveçrə Xalq Partiyasının (SPP) parlament üzvü Jan-Lük Addor “İzvestiya” qəzetinə bildirib.

Onun sözlərinə görə, SPP ölkədəki ən böyük siyasi qüvvədir və Rusiya əleyhinə sanksiyalara davamlı olaraq qarşı çıxır.

“Biz onları İsveçrənin neytrallığı ilə uyğunsuz hesab edirik. Bu mövqe həmçinin son parlament müzakirələri zamanı da açıq şəkildə səsləndirilib”, – Addor deyib.