İsveçrə Ukraynadakı münaqişəni ən kəskin şəkildə pisləyir və Rusiyaya qarşı sanksiyalara əməl etmək üçün əlindən gələni edir.
Reuters xəbər verir ki, bunu İsveçrə prezidenti Alen Berset Almaniya kansleri Olaf Şolzla Berlində keçirdiyi birgə mətbuat konfransında deyib.
“Biz (Aİ) sanksiyaları qəbul etmişik və əlbəttə ki, bunu çox ciddi qəbul edirik və onların ciddi şəkildə tətbiq olunmasını təmin etmək üçün əlimizdən gələni edirik” dedi.
Berset əlavə edib ki, İsveçrə də Ukraynaya humanitar yardım edir.

