Rusiya İsveçrəni Ukrayna danışıqlarında neytral vasitəçi kimi qəbul etmir, çünki Bern tamamilə Ukraynayönümlü mövqe tutur.
Bunu Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin deyib.
“İsveçrə hakimiyyəti tamamilə Ukraynayönümlü mövqe nümayiş etdirir, ona görə də Rusiya tərəfi artıq Konfederasiyaya “bitərəf vasitəçi” kimi yox, kollektiv Qərbin digər ölkələri ilə bərabərhüquqlu yanaşır”, – səfir bildirib.
Onun sözlərinə görə, vəziyyət dəyişərsə, Bern nəzəri cəhətdən danışıqlar yeri kimi qəbul edilə bilər.
Qarmonin əlavə edib ki, hazırda belə bir perspektiv göz önündə deyil.















