İsveçrənin Viqoltinqen şəhərinin meri Franka Burkhardt İsveçrə Xalq Partiyasının (SVP) saytına yazdığı məqalədə ukraynalı qaçqınların özlərini turist kimi apardığını bildirib.
Burkhardtın sözlərinə görə, İsveçrə turistlərə deyil, qaçqınlara dəstək verir.
“Özünü oteldəymiş kimi aparanlar bunun əvəzini ödəməlidir. Qorunmağa ehtiyacı olanlar inteqrasiyaya töhfə verməlidir” deyə paylaşıb.