İsveçrə hakimiyyəti Ukrayna vətəndaşlarına qaçqın statusunun verilməsini məhdudlaşdırmaq niyyətindədir.
RİA Novosti bu barədə ölkənin Federal Şurasına istinadən xəbər verir.
“Gələcəkdə yalnız həyatı və ya fiziki toxunulmazlığının real təhlükə altında olduğu Ukrayna bölgələrindən gələn şəxslər S mühafizə statusu ala biləcəklər”, – Şuranın bəyanatında deyilir.
Qeyd olunur ki, Qərbi Ukrayna sakinlərinə yalnız müstəsna hallarda qaçqın statusu veriləcək.
Qaçqın statusu ilə bağlı yekun qərar 2025-ci ilin payızında veriləcək.