İsveçrə Xarici İşlər Nazirliyi İran və İsraili diplomatiyaya qayıtmağa çağırıbbackend

İsveçrə Xarici İşlər Nazirliyi İsrail və İranı dialoq və diplomatiyaya qayıtmağa çağırıb.

TASS bu barədə İsveçrənin xarici işlər naziri İqnazio Kassisə istinadən məlumat yayıb.

“İsveçrə bütün tərəfləri maksimum təmkinli olmağa çağırır və onları gərginliyi daha da artıra biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır. “Dialoq yoluna təcili qayıtmağa ehtiyac var”, – Kassis bildirib.

O əlavə edib ki, münaqişənin gərginləşməsi heç bir tərəfin maraqlarına uyğun deyil və həm İran, həm İsrail, həm də bütün Yaxın Şərq üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.