İsveçrədə “Sarco Pod” kapsulunun ilk istifadəsindən sonra cinayət işi açılıbbackend

İsveçrədə polis bir qadının Sarco Pod evtanaziya kapsulundan istifadə etməsi ilə bağlı bir neçə nəfəri saxlayıb.

Bu barədə “The Guardian” qəzeti yazıb.

Kapsul evtanaziya üçün hazırlanıb və ilk dəfə Almaniya ilə sərhəddə yerləşən İsveçrənin Mörishausen kommunası yaxınlığında istifadə edilib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, ondan 64 yaşlı ABŞ vətəndaşı istifadə edib.

“İsveçrənin şimalındakı Şaffhauzen kantonunun polisi həbsləri təsdiqləyib”, – bəyanatda deyilir.

Qadının kapsuldan istifadə etməzdən əvvəl psixiatr tərəfindən müayinə olunduğu bildirilir. Həkim prosesi müşahidə edib və bundan əvvəl o, vəkilə açıqlama verib ki, bütün hərəkətlər onun öz istəyi ilə həyata keçirilib.

Mənbə: A Haber