İsveçrədəki kurortda baş verən yanğında xəsarət alanların vəziyyəti açıqlanıbbackend

İsveçrənin Krans-Montana xizək kurortunda baş verən yanğında xəsarət alan 20-dən çox insan bədənlərinin 60%-dən çoxunda yanıq xəsarətləri alıb.

Bu barədə Lozanna yaxınlığındakı Morges xəstəxanasının baş həkimi Vassim Rafful RTS televiziyasına verdiyi müsahibədə bildirib.

13 böyük və səkkiz uşağın Lozannadakı Vaud Kantonunun Universitet Klinik Mərkəzinə aparıldığı bildirilib.

Rafful qeyd edib ki, bu cür ağır yanıqlar uzunmüddətli müalicə tələb edəcək. Bundan əlavə, əzilmə əlavə xəsarətlərə, sınıqlara və qanaxmalara səbəb ola bilərdi.