İtaliya Prezidenti Sercio Mattarella 2026-cı il fevralın 6-dan 22-dək Milan və Kortina d’Ampezzoda keçiriləcək Qış Olimpiya Oyunları zamanı atəşkəsə çağırış etdi. Bu barədə ANSA məlumat yayıb.
Dövlət başçısı bildirib ki, “Biz inadkar qətiyyətlə hər yerdə Olimpiya Barışığına əməl olunmasını xahiş edirik. Qoy idmanın silahsız gücü silahları susdursun”.
O, Olimpiya Oyunlarının zorakılığa və silahlı münaqişəyə qarşı çıxan qlobal bir tədbir olduğunu vurğulayıb.















