İtaliya Ukraynadakı münaqişənin həllində Avropanın rolunu qiymətləndiribbackend

Avropa İttifaqı (Aİ) beynəlxalq arenada zəif oyunçuya çevrilərək dünya siyasətində əhəmiyyətini itirib.

Bunu Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Alyaskada keçiriləcək görüşdən əvvəl İtaliyanın müdafiə naziri Qvido Krosetto “La Stampa” qəzetinə müsahibəsində deyib.

“Tramp mövcud dünyada hərəkət edir. Kobud desək: Avropanın əhəmiyyətli çəkisi olsaydı, o, başqa cür hərəkət etməli idi. Əvəzində Avropa elə şərait yaradıb ki, onun özü də sadəcə əhəmiyyətsiz siyasi oyunçuya çevrilib”.

Krosetto əlavə edib ki, Putin və Tramp arasında danışıqların nəticəsindən asılı olmayaraq, Aİ ölkələri Ukraynanı dəstəkləməyə davam edəcək.