İtaliya Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrlə bağlı mövqeyini dəyişməyibbackend

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Aİ xarici işlər nazirlərinin iclası ərəfəsində bildirib ki, Roma Ukraynanın Rusiya ərazisində Qərbin uzaqmənzilli raketlərindən istifadəsinə dair mövqeyini dəyişməyib.

Onun sözləri TASS-a istinadən xəbər verir.

“Silahların istifadəsi ilə bağlı mövqeyimiz dəyişmir, onlar yalnız Ukrayna sərhədləri daxilində istifadə edilə bilər”, – Tajani deyib.

İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri Çin, Rusiya, Hindistan və Braziliyanın məcburi iştirakı ilə sülh konfransının keçirilməsinin zəruriliyindən də danışıb.