İtaliya Ukraynaya beşə qədər döyüş təyyarəsi göndərə bilər

Digər Aİ ölkələri də eyni şeyi edərsə, İtaliya Ukraynaya beşə qədər döyüş təyyarəsi verəcək.

Bu barədə “La Repubblica” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, çətin ki, beşinci nəsil F-35 qırıcıları və ya Eurofighter təyyarələrindən danışaq. İtaliya hökumətinin Kiyevə Braziliya ilə birgə hazırlanmış Amx hücum təyyarələri, həmçinin üçüncü nəsil Tornado qırıcıları verməsi gözlənilir.

“La Repubblica”nın məlumatına görə, sözügedən təyyarənin tədarükü ilə bağlı razılaşma İtaliyanın baş naziri Giorgi Meloni fevralın 21-də Kiyevə səfəri zamanı bağlana bilər.

Mənbə: Gazeta.ru

İctimai.az

Oxşar xəbərlər