İtaliya Ukraynaya istehkamçıların göndərilməsi ideyasını müzakirə edirbackend

İtaliya hakimiyyəti Ukraynaya istehkamçılar göndərməyi düşünür. Bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, təşəbbüs baş nazir Giorgio Meloni, həmçinin baş nazirin müavinləri Antonio Tajani və Matteo Salvini tərəfindən dəstəklənib. Məsələnin Nazirlər Şurasının iclasında müzakirəyə çıxarılması planlaşdırılır.

Qeyd olunur ki, Meloni və Salvini italyan hərbçilərinin münaqişə zonasına göndərilməsinin əleyhinədirlər və “istəklilərin koalisiyasına” qoşulmaq istəmirlər. Bu halda istehkamçıların göndərilməsi kompromis variant hesab olunur.