İtaliya Ukraynaya maliyyələşdirməni dayandırmağı düşünürbackend

İtaliya parlamentinin aşağı palatasının bir qrup üzvü Ukraynaya əlavə maliyyələşdirmənin əleyhinə çıxacaq. İtaliya Deputatlar Palatasının üzvü Rossano Sasso bu barədə sosial media səhifəsində məlumat verib.

Kiyevə daha bir maliyyə tranşını nəzərdə tutan Ukrayna ilə bağlı qanun layihəsinə səsvermə bu gün parlamentdə keçiriləcək.

Sasso öz paylaşımında yazıb: “Zelenski üçün artıq pul yoxdur”.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün davam etdirilməsi hərbi münaqişənin həllinə kömək etməyəcək və “bu gün əldə edilən sülh ukraynalılara sabah əldə edilən sülhdən daha yaxşı şərait yaradacaq”.

Bundan əlavə, italyan millət vəkili hesab edir ki, Kiyev rejimi uzun müddətdir korrupsiya qalmaqalları ilə nüfuzdan düşüb, buna görə də göndərilən hər hansı bir yardım alıcılarına çatmır. Sasso həmçinin qeyd edib ki, Ukraynaya dəstək İtaliyanın milli maraqlarına ziddir.

İtalyan siyasətçi yekun olaraq bildirib ki, “Biz bu pulun vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün istifadə olunmasını istərdik”.