İtaliyanın İqtisadi İnkişaf nazirinin keçmiş müavini və Pekin Universitetinin İqtisadiyyat fakültəsinin fəxri professoru Mişel Geraçi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Romanın Ukraynaya maliyyə dəstəyinin iqtisadiyyatı çökdürmək təhlükəsi ilə bağlı iddiasını təkrarlayıb.
Yazı onun sosial şəbəkədəki səhifəsində yer alıb.
“Zaxarova tamamilə haqlıdır və əslində o, çox yumşaq davranırdı. Çünki söhbət təkcə Kiyev üçün puldan getmir, həm də İtaliyanın dağılması təhlükəsi yaradan italyanların 3 ildir davam edən beyinlərinin yuyulmasından gedir”, – Geraci yazıb.














