İtaliyada 500e hetçbek istehsalı dayandırıldıbackend

Stellantis avtomobil konserni Fiat 500e elektrik avtomobillərinin belə avtomobillərə tələbat az olması səbəbindən Turin zavodunda yığılmasının dayandırıldığını elan edib.

Bu barədə Reuters.com xəbər verir.

Stellantis açıqlamasında “Bu tədbir hazırkı sifariş çatışmazlığı səbəbindən zəruridir” dedi.

Şirkət onu da qeyd edib ki, bütün istehsalçılar, xüsusən də elektromobil istehsal edən şirkətlər hazırda Avropa bazarında ciddi çətinliklərlə üzləşirlər.