Corriere della Sera qəzetinin yazdığına görə, Sardiniyanın sənaye üzrə regional şurasının üzvü Emanuele Cani 1932-ci ildə Mario Sironi tərəfindən hazırlanmış vitraj pəncərəsini sındıraraq, Müəssisə və Made in Italy nazirliyində yıxılıb.
Caninin sözlərinə görə, hadisə o, Romadakı Palazzo Piacentini-də nazirliyin pilləkənlərindən enərkən baş verib. O, italyan faşizminin əsas sənədlərindən olan “Çarta del Trabajo”nun (Əmək xartiyası) təsviri olan vitraj pəncərənin sağ tərəfini sürüşərək sındırıb.
“Gedirdim və pilləkənlərlə enərkən müvazinətimi itirdim… Vitraj pəncərə qorunmadı. Başıma deyil, qoluma dəydim. Və bədənimin yarısı binanın kənarında asılı vəziyyətdə qaldı. Az qala on metr yıxılacaqdım. Bunun daha da pis sonu ola bilərdi”, – o deyib.
Məmur bədən xəsarətləri alıb. Həkimlər ona bir neçə günlük istirahət və fizioterapiya təyin etdilər.














