İtaliyalı idmançı Çində keçirilən Dünya Oyunlarında dünyasını dəyişibbackend

BBC bildirir ki, Debertolis Çində keçirilən Dünya Oyunları çərçivəsində keçirilən səmti müəyyən etmə yarışı zamanı dünyasını dəyişib.

İdmançı avqustun 8-də yarış zamanı huşsuz vəziyyətdə aşkarlanıb. Ona təcili yardım göstərilib, lakin avqustun 12-də dünyasını dəyişib. İdmançının ölüm səbəbi açıqlanmır.

Çenqduda XII Dünya Oyunları avqustun 7-dən 17-dək keçirilir. Proqrama 34 qeyri-olimpiya idman növü daxildir.