Tokio 2020 Olimpiya çempionu, hündürlüyə tullanma üzrə italiyalı Canmarko Tamberi 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının başlamasına günlər qalmış böyrək daşı şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Avqustun 4-də idmançı Parisə getməli idi, lakin səhhəti pisləşdi. O, bu barədə sosial şəbəkələrdə danışıb.
“Yanımda ağrı hiss etdim. Çox güman ki, böyrək daşı. Özümü xəstəxana çarpayısında, çarəsiz, 38,8 hərarətlə tapdım. Bizim edə biləcəyimiz tək şey gözləmək və dua etməkdir. Mən buna layiq deyildim, bu Olimpiada üçün hər şeyi etdim. Əmin olduğum bir şey odur ki, ora necə çatacağımı bilmirəm, amma hansı vəziyyətdə olmağımdan asılı olmayaraq çölə çıxıb son sıçrayışa qədər hər şeyimi verəcəm. And içirəm”, – Tamberi yazıb.
Mənbə: NTV Spor