İtaliyanın baş naziri Avropanı öz təhlükəsizliyini təmin etməyə çağırıbbackend

İtaliyanın baş naziri Giorgia Meloni Avropa ölkələrini öz təhlükəsizliklərini təmin etməyə və ABŞ-a arxalanmamağa çağırıb.

O, bu barədə La7 telekanalına müsahibəsində bildirib.

Meloni həmçinin qeyd edib ki, ABŞ və Aİ arasında münasibətlər pisləşmir; özünümüdafiə qaçılmaz tarixi prosesdir. Siyasətçinin fikrincə, məsələ hər bir ölkənin öz maraqlarını nə dərəcədə müdafiə etməyə hazır olmasıdır.

“Amerikalılar bu gün öz maraqlarını necə müdafiə edəcəklərinə qərar verirlər, çünki onların buna gücü var. Hesab edirəm ki, Avropa da bunu etməlidir”, – Meloni bildirib.

Baş nazir əlavə edib ki, Avropa müdafiəsi “öz qiyməti olan” və “siyasi azadlığı təmin edən” fürsətə çevrilir. Meloni hesab edir ki, Avropa başa düşməlidir ki, yenidən böyük olmaq istəyirsə, müstəqil qərarlar verməlidir, başqalarından asılı olmamalıdır.