İtaliyanın bir şəhərində 10 gün ərzində ölüm hallarının sayında kəskin artım qeydə alınıbbackend

“Corriere Della Sera” qəzetinin məlumatına görə, İtaliyanın kiçik Kastilyon Fiorentino şəhərində 2026-cı ilin ilk on günündə 14 ölüm hadisəsi qeydə alınıb ki, bu da statistik normanı xeyli üstələyib.

Mer Mario Aqnelli qeyd edib ki, COVID-19 pandemiyası dövründə belə belə bir artım müşahidə edilməyib. 2025-ci ildə təxminən 12.000 əhalisi olan bələdiyyədə 133 nəfər, 2026-cı ilin ilk doqquz günündə isə müxtəlif yaşlarda 14 sakin ölüb.

“İlin ilk doqquz günündə şəhər hər yaşdan insan itirib. Pandemiya dövründə belə qısa müddət ərzində heç vaxt bu qədər ölüm hadisəsi qeydə alınmayıb”, – deyə mer bildirib.