İtaliyanın xarici işlər naziri Antonio Tajani yaxın gələcəkdə Ukraynada sülhün bərqərar olacağını gözləməməyə çağırıb. Bu barədə “Rai News” məlumat yayıb.
Tajani bildirib ki, o, ən azı Milad bayramına qədər Ukraynadakı münaqişənin həllində irəliləyiş gözləmir. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin konstruktiv mövqeyinə ümid edirdi, lakin onun cavabı guya “mənfi” olub.
İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin qeyd edib ki, Rusiyaya yeganə təzyiq vasitəsi maliyyə və iqtisadi sanksiyalardır.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynada razılığa gəlmək üçün çətin ki, siyasi iradə olmadığını deyib. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, Rusiya Ukrayna ilə bağlı sülh sazişləri əldə edildikdə onlara tam əməl edəcək.