Kanye Uest həyat yoldaşı Bianca Chensory ilə Florensiyanın ətrafında ekssentrik geyimlərdə gəzib, bu da yerli sakinlərin xoşuna gəlməyib. Bu barədə “The Mirror” yazır.
Reperin həyat yoldaşı şəhər küçələrində kiçik qara büstqalter və dar qamaşda görüntülənib. Daha sonra o, şəffaf taytda və açıq-saçıq bədən kostyumunda ictimaiyyətə çıxıb. İfaçı başına dəsmal, məxmər kostyumda köynəksiz, ayaqyalın küçəyə çıxıb.
Tvitterdə bəzi istifadəçilər cütlüyün italyanlara belə küçələrdə gəzdikləri halda hörmət etmədiklərini yazıblar.
Mənbə: The Mirror














